17 Ocak 2013 Perşembe

Namaz



İQAMƏ
"Allahu əkbər" 2 dəfə
"Əşhədu ən la ilahə illəllah" 2 dəfə
"Əşhədu ənnə Muhəmmədən Rəsulullah" 2 dəfə
"Əşhədu ənnə Əmirəl-mu''mininə Əliyyən vəliyyullah" 2dəfə
(Bu zikr azanın tərkib hissəsi deyildir və savab qəsdi ilə deyilir.)
"Həyyə ələssəlat" 2 dəfə
"Həyyə ələlfəlah" 2 dəfə
"Həyyə əla xəyril əməl" 2 dəfə
"Qəd qamətissəlat" 2 dəfə
"Allahu əkbər" 2 dəfə
"La ilahə illəllah" 1 dəfə

NECƏ NAMAZ QILMALIYIQ
Namaz iki növ əməldən təşkil olunmuşdur:
Hərəkət və vəziyyətlər;
Tilavətlər.

Hərəkət və vəziyyətlər aşağıdakılardan ibarətdir:
Düz və aram dayanmaq;
Rüku; (əyilmək);
Səcdə; (alını yerə və ya möhürə qoymaq);
Təşəhhüd və salam demək üçün əyləşmək;
Tilavətlər (oxunuşlar) isə aşağıdakılardır:
Allahu əkbər;
Fatihə və surə;
Rüku və səcdələrin zikri;
Allah və Onun Rəsuluna şəhadət vermək, sonra Allahdan həzrət Peyğəmbər (s) və onun Əhli-beyti üçün bərəkət və rəhmət diləmək və daha sonra salam demək. Bununla da namaz sona yetir.
Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:
- SÜBH namazı İki rəkət;
- ZÖHR namazı Dörd rəkət;
- ƏSR namazı Dörd rəkət;
- ŞAM namazı üç rəkət;
- XÜVTƏN namazı Dörd rəkət.

Namazın hər bir rəkəti qiyam (ayaq üstə durmaq), qiraət (oxunuş), rüku və səcdələrdən təşkil olunmuşdur. Hər iki rəkətdən sonra bir təşəhhüd və hər namazın sonunda isə bir təşəhhüd və bir salam oxunmalıdır. Cümə günlərində qılınan Cümə namazı Zöhr namazını əvəz edir və iki rəkət qılınır. İki rəkətdən ibarət olan Sübh namazının qılanma qaydasını öyrəndikdə, başqa vacib namazların qılınma qaydasını da öyrənmək sənin üçün asanlaşacaqdır.


NAMAZIN VACİBATI
Namazın vacib əməlləri 11-dir:
- Niyyət,
- Təkbirətul-ehram, (yə''ni namazın əvvəlində "Allahu əkbər" demək),
- Qiyam (yə''ni ayaq üstə durmaq),
- Qiraət,
- Rüku,
- Səcdə,
- Zikr,
- Təşəhhüd,
- Salam,
- Tərtib,
- Muvalat (yə''ni namazın hissələrini dalbadal, fasiləsiz demək).
NİYYƏT
İnsan namazın əvvəlindən axırına qədər nə etdiyini bilməli və onu Allah-Taalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır.
Təkbirətul-ehram
Namaz "Allahu Əkbər" deməklə başlayır və buna təkbirətul-ehram deyilir. çünki, bu təkbiri deməklə namazdan qabaq halal olan bir çox işlər (yemək, içmək, gülmək, ağlamaq və s.) namaz qılana haram olur. Təkbirətül-ehramı, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların müqabilinə qədər qaldırmaq müstəhəbdir.

QİYAM
Qiyam"yə''ni ayaq üstə durmaq. Namaz qılan təkbirətül-ehramı və qiraəti qiyam halında, bədənin aram olduğu halda yerinə yetirməlidir.
"Həmd" surəsi
"Bismillahir-rəhmanir-rəhim"
"Əlhəmdu lillahi Rəbbil-aləmin"
"Ər-rəhmanir-rəhim"
"Maliki yovmiddin"
"İyyakə nə''budu və iyyakə nəstəin"
"İhdinəs-siratəl müstəqim"
"Siratəl-ləzinə ən''əmtə ələyhim"
"Ğəyril-məğzubi ələyhim vələzzallin"

"Tovhid" surəsi
"Bismillahir-rəhmanir-rəhim"
"Qul huvəllahu əhəd"
"Allahus-səməd"
"Ləm yəlid və ləm yuləd"
"Və ləm yəkun ləhu kufuvən əhəd"

TƏSBİHATİ-ƏRBƏƏ

Namazın üçüncü və dördüncü rəkətlərində, ya təkcə Həmd, ya da üç dəfə təsbihati-ərbəə. deyilməlidir Bir dəfə də deyilsə kifayətdir. "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər." Kişilər və oğlanlar sübh, məğrib, işa namazının 1-ci və 2-ci rəkətində Həmdi və Surəni ucadan oxumalıdırlar. Qadınlar və qızlar naməhrəm şəxslər səslərini eşitməzsə, ucadan qıla bilərlər. Amma əgər naməhrəm onların səsini eşitsə, ehtiyat-vacibə görə ahəstə qılmalıdırlar. *Namazın üçüncü və dördüncü rəkətlərində Həmd, yaxud təsbihati-ərbəə alçaqdan, ahəstə oxunmalıdır. * Zöhr və əsr namazının 1-ci və 2-ci rəkətində də Həmd və Surə ahəstdə oxunmalıdır. Əgər insan namazı ucadan qılmalı olduğu yerdə qəsdən alçaqdan və ya alçaqdan qılmalı olduğu yerdə qəsdən ucadan qılsa namazı batildir.


Ruku

Namaz qılan hər rəkətdə qiraətdən sonra o qədər əyilməlidir ki, əllərini dizinə qoya bilsin. Bu əmələ "ruku" deyilir. Rukuda zikr demək vacibdir. Rukunun zikri deyildiyi vaxt, bədən aram olmalıdır. Əgər rüku həddinə qədər əyilməzdən və bədən aram olmazdan qabaq rükunun zikrini desə, namazı batildir. Əgər vacibi zikr qurtarmazdan əvvəl qəsdən başını rükudan qaldırsa, namazı batildir.


RUKUNUN ZİKRİ:
Üç dəfə "Subhanəllah" və ya
Bir dəfə "Subhanə Rəbbiyəl-əzimi və bi həmdih"

SƏCDƏ
"Səcdə" o əməldir ki, alın, əllərin içi, dizlərin gözü və iki ayağın baş barmağının usu yerə qoyulsun. Səcdə halında zikr demək vacibdir.

Səcdənin zikri:
Üç dəfə "Subhanəllah" və ya
Bir dəfə "Subhanə Rəbbiyəl-ə''la və bi həmdih".
Səcdənin zikri deyilən vaxt bədən aram olmalıdır.
Namaz qılan şəxs səcdədə alnını yerə, yaxud yerdən göyərib geyilib, yeyilən olmayan şeylərə (çubuq, ağas yarpağı və s.) qoymalıdır. Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyiduş-Şühəda İmam Hüseyn (əleyis-salam)-ın türbətidir. Ondan sonra: * adi torpaq; * daş; * bitgilər.

TƏŞƏHHÜD
Vacibi namazların ikinci və axırıncı rəkətində ikinci səcdədən sonra oturub bədənin aram olduğu halda təşəhhüd oxumalıdır. Yə''ni deməlidir: "Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd."

SALAM
Namazın axırıncı rəkətində təşəhhüddən sonra salamı deyib namazı qurtarmaq lazımdır. "Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh". "Əssəlamu ələyna və əla ibadillahis-salihin". "Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh"

TƏRTİB
Namaz gərək bu tərtiblə qılınsın:
Niyyət, təkbirətül-ehram, qiraət, rüku, səcdə və ikinci rəkətdə səcdələrdən sonra təşəhhüd və axırıncı rəkətdə təşəhhüddən sonra salam desin.

Hiç yorum yok:

Yorum Gönder