20 Ocak 2013 Pazar
19 Ocak 2013 Cumartesi
Dini hekaye
Maraqli dini hekaye.
Bir adam hemiseki kimi sacini-uzunu qaydaya salaq ucun berebere gedir. Onunla mesgul olan berberle maraqli sohbete bashlayir. Muxtelif movzular barede danishdiqdan sonra,sohbet dine gelir.
Berber: Bilirsen men senin dediyin kimi Allahin varligina inanmiram.
Adam: Bes ne ucun bele dusunursen?
Berber: Bunu açıklamaq cox cetindir. Bunu gormek ucun kuceye cixmalisan. Xaish edirem mene deye bilersen, eger Allah olsaydi bu qeder problemli, xeste insanlar, terk edilmish usaqlar olardi?
Allah olsaydi hec kim ezab cekmezdi ve biri-birilerini incitmezdi. Allah olsaydi bunlara icaze vermezdi.
Adam bir an durdu ve fikirlesdi, amma mubahise etmemek ucun cavab vermedi. Berber isini bitirdikden sonra adam kuceye cixdi. Ele o anda uzun sacli ve saqqallari biri-birine qarishmish baximsiz bir adam gordu. Adam eger bu qeder baximsiz gorunurse demek uzun muddetdir berbere muraciet etmeyib. Adam derhal berberin yanina qayitdi.
Adam: Bilirsen? mence berber eslinde yoxdur.
Berber: Bu nece ola biler men burdayam ve gorduyun kimi de bereberem.
Adam: Xeyr deyilsen. Cunki olsaydin kucede uzun saqqali baximsiz insanlar olmazdi.
Berber: Hımm... berber var amma insanlar menim yanima gelmirse, men ne ede bilerem?
Adam : Cox duzdur! Esas da ele budur! Allah var ve insanlar ona inam gosterib onun rehminden faydalanmaq istemirlerse, bu o insanlarin problemidir.
Bax dunyada bu qeder keder ve pisliklerin olmaginin sebebi budur!
Insanlar Allaha inanib yaxsi dunyaya faydali insan olmaga calishsalar ve sehv etmekden cekinseler dunyada pislik qalmaz...Emellerine gore de heyatdan arzuladiqlarini ala bilirsen.
İşte dünyada bu qədər çox acı və kədərin olmasının nədəni...

17 Ocak 2013 Perşembe
Namaz
İQAMƏ
"Allahu əkbər" 2 dəfə
"Əşhədu ən la ilahə illəllah" 2 dəfə
"Əşhədu ənnə Muhəmmədən Rəsulullah" 2 dəfə
"Əşhədu ənnə Əmirəl-mu''mininə Əliyyən vəliyyullah" 2dəfə
(Bu zikr azanın tərkib hissəsi deyildir və savab qəsdi ilə deyilir.)
"Həyyə ələssəlat" 2 dəfə
"Həyyə ələlfəlah" 2 dəfə
"Həyyə əla xəyril əməl" 2 dəfə
"Qəd qamətissəlat" 2 dəfə
"Allahu əkbər" 2 dəfə
"La ilahə illəllah" 1 dəfə
NECƏ NAMAZ QILMALIYIQ
Namaz iki növ əməldən təşkil olunmuşdur:
Hərəkət və vəziyyətlər;
Tilavətlər.
Hərəkət və vəziyyətlər aşağıdakılardan ibarətdir:
Düz və aram dayanmaq;
Rüku; (əyilmək);
Səcdə; (alını yerə və ya möhürə qoymaq);
Təşəhhüd və salam demək üçün əyləşmək;
Tilavətlər (oxunuşlar) isə aşağıdakılardır:
Allahu əkbər;
Fatihə və surə;
Rüku və səcdələrin zikri;
Allah və Onun Rəsuluna şəhadət vermək, sonra Allahdan həzrət Peyğəmbər (s) və onun Əhli-beyti üçün bərəkət və rəhmət diləmək və daha sonra salam demək. Bununla da namaz sona yetir.
Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:
- SÜBH namazı İki rəkət;
- ZÖHR namazı Dörd rəkət;
- ƏSR namazı Dörd rəkət;
- ŞAM namazı üç rəkət;
- XÜVTƏN namazı Dörd rəkət.
Namazın hər bir rəkəti qiyam (ayaq üstə durmaq), qiraət (oxunuş), rüku və səcdələrdən təşkil olunmuşdur. Hər iki rəkətdən sonra bir təşəhhüd və hər namazın sonunda isə bir təşəhhüd və bir salam oxunmalıdır. Cümə günlərində qılınan Cümə namazı Zöhr namazını əvəz edir və iki rəkət qılınır. İki rəkətdən ibarət olan Sübh namazının qılanma qaydasını öyrəndikdə, başqa vacib namazların qılınma qaydasını da öyrənmək sənin üçün asanlaşacaqdır.
NAMAZIN VACİBATI
Namazın vacib əməlləri 11-dir:
- Niyyət,
- Təkbirətul-ehram, (yə''ni namazın əvvəlində "Allahu əkbər" demək),
- Qiyam (yə''ni ayaq üstə durmaq),
- Qiraət,
- Rüku,
- Səcdə,
- Zikr,
- Təşəhhüd,
- Salam,
- Tərtib,
- Muvalat (yə''ni namazın hissələrini dalbadal, fasiləsiz demək).
NİYYƏT
İnsan namazın əvvəlindən axırına qədər nə etdiyini bilməli və onu Allah-Taalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır.
Təkbirətul-ehram
Namaz "Allahu Əkbər" deməklə başlayır və buna təkbirətul-ehram deyilir. çünki, bu təkbiri deməklə namazdan qabaq halal olan bir çox işlər (yemək, içmək, gülmək, ağlamaq və s.) namaz qılana haram olur. Təkbirətül-ehramı, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların müqabilinə qədər qaldırmaq müstəhəbdir.
QİYAM
Qiyam"yə''ni ayaq üstə durmaq. Namaz qılan təkbirətül-ehramı və qiraəti qiyam halında, bədənin aram olduğu halda yerinə yetirməlidir.
"Həmd" surəsi
"Bismillahir-rəhmanir-rəhim"
"Əlhəmdu lillahi Rəbbil-aləmin"
"Ər-rəhmanir-rəhim"
"Maliki yovmiddin"
"İyyakə nə''budu və iyyakə nəstəin"
"İhdinəs-siratəl müstəqim"
"Siratəl-ləzinə ən''əmtə ələyhim"
"Ğəyril-məğzubi ələyhim vələzzallin"
"Tovhid" surəsi
"Bismillahir-rəhmanir-rəhim"
"Qul huvəllahu əhəd"
"Allahus-səməd"
"Ləm yəlid və ləm yuləd"
"Və ləm yəkun ləhu kufuvən əhəd"
TƏSBİHATİ-ƏRBƏƏ
Namazın üçüncü və dördüncü rəkətlərində, ya təkcə Həmd, ya da üç dəfə təsbihati-ərbəə. deyilməlidir Bir dəfə də deyilsə kifayətdir. "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər." Kişilər və oğlanlar sübh, məğrib, işa namazının 1-ci və 2-ci rəkətində Həmdi və Surəni ucadan oxumalıdırlar. Qadınlar və qızlar naməhrəm şəxslər səslərini eşitməzsə, ucadan qıla bilərlər. Amma əgər naməhrəm onların səsini eşitsə, ehtiyat-vacibə görə ahəstə qılmalıdırlar. *Namazın üçüncü və dördüncü rəkətlərində Həmd, yaxud təsbihati-ərbəə alçaqdan, ahəstə oxunmalıdır. * Zöhr və əsr namazının 1-ci və 2-ci rəkətində də Həmd və Surə ahəstdə oxunmalıdır. Əgər insan namazı ucadan qılmalı olduğu yerdə qəsdən alçaqdan və ya alçaqdan qılmalı olduğu yerdə qəsdən ucadan qılsa namazı batildir.
Ruku
Namaz qılan hər rəkətdə qiraətdən sonra o qədər əyilməlidir ki, əllərini dizinə qoya bilsin. Bu əmələ "ruku" deyilir. Rukuda zikr demək vacibdir. Rukunun zikri deyildiyi vaxt, bədən aram olmalıdır. Əgər rüku həddinə qədər əyilməzdən və bədən aram olmazdan qabaq rükunun zikrini desə, namazı batildir. Əgər vacibi zikr qurtarmazdan əvvəl qəsdən başını rükudan qaldırsa, namazı batildir.
RUKUNUN ZİKRİ:
Üç dəfə "Subhanəllah" və ya
Bir dəfə "Subhanə Rəbbiyəl-əzimi və bi həmdih"
SƏCDƏ
"Səcdə" o əməldir ki, alın, əllərin içi, dizlərin gözü və iki ayağın baş barmağının usu yerə qoyulsun. Səcdə halında zikr demək vacibdir.
Səcdənin zikri:
Üç dəfə "Subhanəllah" və ya
Bir dəfə "Subhanə Rəbbiyəl-ə''la və bi həmdih".
Səcdənin zikri deyilən vaxt bədən aram olmalıdır.
Namaz qılan şəxs səcdədə alnını yerə, yaxud yerdən göyərib geyilib, yeyilən olmayan şeylərə (çubuq, ağas yarpağı və s.) qoymalıdır. Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyiduş-Şühəda İmam Hüseyn (əleyis-salam)-ın türbətidir. Ondan sonra: * adi torpaq; * daş; * bitgilər.
TƏŞƏHHÜD
Vacibi namazların ikinci və axırıncı rəkətində ikinci səcdədən sonra oturub bədənin aram olduğu halda təşəhhüd oxumalıdır. Yə''ni deməlidir: "Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd."
SALAM
Namazın axırıncı rəkətində təşəhhüddən sonra salamı deyib namazı qurtarmaq lazımdır. "Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh". "Əssəlamu ələyna və əla ibadillahis-salihin". "Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh"
TƏRTİB
Namaz gərək bu tərtiblə qılınsın:
Niyyət, təkbirətül-ehram, qiraət, rüku, səcdə və ikinci rəkətdə səcdələrdən sonra təşəhhüd və axırıncı rəkətdə təşəhhüddən sonra salam desin.
Affet bizleri YA RABBİM.
BİSMİLLAHİ RƏHMANİR RƏHİM
RƏBBİMİN adı ilə söhbət açım,
Gərək ki hər yerdə şeytandan qaçım.
Muhəmməd ümməti ayağa qalxsın
Şeytanın qəlbini yandırıb yaxsın,
Şeytanı qovlamaq deyildi asan,
Nəfsi ilə cihata qalxmalı insan.
Allahı tərifə söz gərək deyil.
Xudanı görməyə göz gərək deyil.
Axtarsan RƏBBİNİ bax hər yanına,
Möcüzə gəzirsən,bax öz canına.
Bax bir gözlərinə,kipriyə,qaşa
Gör necə nizamla düzübdür başa.
Bədəni saxlayan bir cüt ayaqdir.
Ayağa dabanla pəncə dayaqdır.
İnsana köməkdir,sipərdir kürək
Birbaşa beyinə tabedir ürək.
Allahı beyinlə,qəlblə dərk elə
Günahı,qüsuru sən tez tərk elə!
Tovhidi görməkcun qəlbə göz lazım,
Basmaga nəfsinin üstə köz lazım,
Əff elə bizləri,əff elə YA RƏBB.
Fərqi yox azəri,türk ya ərəb,
Əhli müsəlmanı mehriban elə
Cəmiyyən düşmanı tarımar elylə.
İslamın bayrağın ucaltgınan sən.
Kafirin sayını azaltgınan sən.
Yoxdur hal-hazırda İslamda öndər
Nə olar Allahım,MEHDİNİ göndər.
Hazırdır yolunda əyilsin qəddim,
Bağışla günahkar bəndəni,Rəbbim
Necə ki,başladım Rəhman adınla
Elə də bitirim Şükran adınla.
Ey insan,imandan qoy qəlbin dolsun.
Aləmin Rəbbinə şükürlər olsun!!!
RƏBBİMİN adı ilə söhbət açım,
Gərək ki hər yerdə şeytandan qaçım.
Muhəmməd ümməti ayağa qalxsın
Şeytanın qəlbini yandırıb yaxsın,
Şeytanı qovlamaq deyildi asan,
Nəfsi ilə cihata qalxmalı insan.
Allahı tərifə söz gərək deyil.
Xudanı görməyə göz gərək deyil.
Axtarsan RƏBBİNİ bax hər yanına,
Möcüzə gəzirsən,bax öz canına.
Bax bir gözlərinə,kipriyə,qaşa
Gör necə nizamla düzübdür başa.
Bədəni saxlayan bir cüt ayaqdir.
Ayağa dabanla pəncə dayaqdır.
İnsana köməkdir,sipərdir kürək
Birbaşa beyinə tabedir ürək.
Allahı beyinlə,qəlblə dərk elə
Günahı,qüsuru sən tez tərk elə!
Tovhidi görməkcun qəlbə göz lazım,
Basmaga nəfsinin üstə köz lazım,
Əff elə bizləri,əff elə YA RƏBB.
Fərqi yox azəri,türk ya ərəb,
Əhli müsəlmanı mehriban elə
Cəmiyyən düşmanı tarımar elylə.
İslamın bayrağın ucaltgınan sən.
Kafirin sayını azaltgınan sən.
Yoxdur hal-hazırda İslamda öndər
Nə olar Allahım,MEHDİNİ göndər.
Hazırdır yolunda əyilsin qəddim,
Bağışla günahkar bəndəni,Rəbbim
Necə ki,başladım Rəhman adınla
Elə də bitirim Şükran adınla.
Ey insan,imandan qoy qəlbin dolsun.
Aləmin Rəbbinə şükürlər olsun!!!
AYETUL-KÜRSÜ
Bismillаhir-Rәhmаnir-Rәhim
Әllаhu lа ilаhә illа huvәl-hәyyul-qәyyum, lа tәхuzuhu sinәtun vә lа nәvm, lәhu mа fis-sәmаvаti vә mа fil-әrz, mәn zәl-lәzi yәşfәu indәhu illа bi-iznihi, yәlәmu mа bәynә әydihim vә mа хәlfәhum, vә lа yuhitunә bişәyin min ilmihi illа bimа şа-ә, vәsiә kursiyyuhus-sәmаvаti vәl-әrz, vә lа yәuduhu hifzuhumа, vә huvәl-Әliyyul-Әzim . Lа ikrаhә fid-din, qәd tәbәyyәnәr-ruşdu minәl-ğәyy, fәmәn yәkfur bit-tаğuti vә yumin billаhi fәqәdis-tәmsәkә bil-urvәtil-vusqа, lәn-fisаmә lәhа, vәllаhu Sәmiun Әlim . Әllаhu vәliyyul-lәzinә аmәnu yuхricuhum minәz-zulumаti ilәn-nur, vәllәzinә kәfәru әvliyаuhumut-tаğutu yuхricunәhum minәn-nuri ilәz-zulumаt, ulаikә әshаbun-nаri hum fihа хаlidun.
Tərcüməsi
"Baqara" - 255
"Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!"
"Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!"
"Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!"
AYETEL KÜRSİNİ NE VAXT OXUMAQ LAZIMDIR
Seherler AYET'EL KÜRSİ 'YE oxumaq :
Seher yatağından qalxıb destemaz almaq ve ya 3 defe Ayetel kürsini oxuyan kimse o gün axşama qeder şeytan ve ve insan şerinden emin ve mehfuz olar. Axşam namazından sonra oxuyan kimse sehere qeder Cenab-ı Vacibü'l -Vucud hezretlerinin hifz-u semedanisinde ol/tapılar.
AYET'EL-KÜRSİ'Yİ cüme günü oxumanın fezileti :
Cüme günü seher namazından evvel destemaz almaq tenha bir yerde qibleye qarşı düz üzerine oturub 313 defe Ayet'el- kürsini oxuduqdan sonra "Ya Rabbe'l- Aziym! bu ayet-i kerime hörmetine, 313 ehl-i bedir ve 313 ehsab-ı Talut hörmetine muradımı lütfkarlıq buyur" deye dua eden kimsenin meqsed ve meramı hasil olar biiznillahi teala.
AYET'EL-KÜRSİ'Yİ gece oxumanın fezileti :
Ayet'el-kürsi'nin herfleri 170dir, gece yarısında tenha bir yerde oturub qibleye mütevec-cihen 170 defe ayet'el-kürsiyi oxuduqdan sonra Cenab-ı Allahdan her hansı bir muradının hasil olmasını teleb ve niyaz eden kimseye Haqq Teala ve Tekaddes Hezretleri dilediyi, isdediği şeyi o kimseye lütfünden ve kereminden lütfkarlıq buyurar.
AYET'EL-KÜRSİ'Yİ yatarken oxumanın fezileti :
Yuxusunda qorxunc şeyler gören kimse, yatdığı zaman 3 defe (Euzü billah mineşşeytanir raciym ) deyib 3 defe Ayel'el-kürsi'yi oxusun ve ( Ve La yeudühü hıfzuhüma ve hüvel aliyyül azıym ) kavl-i şerifine geldiyi zaman bunu 3 defe tekrar etsin, sonra şamın, artıq o gece qorxunc ve tacıq edici şeyler görmez, rahat ve sakit/sakin olaraq yatar Biiznillahi Teala.. Allah... ONdan başqa İlah yoxdur. Diridir, Qaimdir. ONU mürgüleme ve yuxu tutmaz. Göylerde ve yerde ne varsa hamısı ONundur. İcazes(n)i olmadan ONun Qatında himayede olacaq kimdir? O, önlerindekini ve arxalarındakını biler. (Onlar ise) Dilediyi qederinin xaricinde, ONun elminden heç bir şeyi qavrayıb-ehate ede bilmezler. ONun kürsüsü, bütün göyleri ve yeri örtüb-ehate etmişdir. Onların qorunması ONA güc gelmez. O, çox Ucadır, çox böyükdür.
14 Ocak 2013 Pazartesi
Qocanin Allahdan son dileyi...
Gəlmişəm yenə səcdənə - sənin dərgahına, sənə ən yaxın ola biləcəyim yerə. Günahlarla, peşmançılıqlarla, dərdlərlə dolu bir vəziyyətdəyəm ... Yenə! Sənə gəlmişəm. Çünki gedəcəyim başqa heç yerim, məni başa düşəcək, mənə çarə olacaq başqa heç kimsəm yoxdur. Yalnız sənsən məni məndən də artıq duyan, məni bütün günahlarımla, ən əyri yollarda belə, ən haqsız, ədalətsiz olduğum anlarımda belə sevən, bir şans daha verən, hər zaman mənim üçün qapısı açıq olan. Hər kəsin üz döndərdiyi, atdığı, hesablaşmadığı zamanlarda hər zaman məni dinlədin, bir an belə üz çevirmədin. Baxmayaraq ki, mən özüm də səni zaman-zaman atdım, unutdum. Çünki arxayın idim, sən həmişə varsan, burdasan, hər zaman mənimləsən, mənim üçün ən yaxşısını edəcəksən. Sənə əl açıb dua etməyim, peşman olmağım, üzr istəməyim həmişə yetib ki, sən məni bağışlayasan, yeni qapılar açasan üzümə. Amma mən yenidən və yenidən, bilməyərəkdən və bilərəkdən nəfsimə uymuşam, günaha batmaqdan çəkinməmişəm, şeytanın kompaniyasından zövq almışam. Sən məni səslədiyin zamanlarda mən özümü karlığa qoyub qulaqlarımı əllərimlə qapamışam. Sübh namazına durmaqdansa yatmaq daha şirindi, özümə müəyyən qadağalar qoymaqdansa, nəfsim daha gözəldi və beləcə ömrüm keçdi. Çünki sənin yolun daha məsuliyyətlidir, çünki qızılgülə çatmaq üçün əvvəlcə onun tikanları ilə hesablaşmalısan. Bu tikanlar isə əslində mənim əsl insan kimi yaşamağım üçün idi. Mənim doğru yaşamağım, kamil insan olmağım, ruhən sənə qovuşmağım üçün mənə qaydalar göndərdin. Mən isə o qaydaları özümə uyğunlaşdırıb guya başa düşmürmüşəm kimi hərəkət elədim. Sən hər zaman məni düşündün, mən də elə hər zaman məni düşündüm.
Mənim özüməməxsus həyat prinsiplərim olub, ey Rəbbim, bilirsən. Heç vaxt yalanı, xəyanəti bağışlamamışam. Birindən üzüm döndüsə, bu birdəfəlik olub. Iki dünya bir ola, bir daha o insanın istiqamətinə belə baxmamışam. Amma bu dəqiqə özüm sənin yanına xəyanət etməkdən gəlirəm... Xəyanəti sənə etdim, şeytanımla. Bu xəyanəti biz tez-tez edirik sənə. Bəlkə də hər gün. Günahın fərqində olmaya-olmaya, elə bəzən olanda da. Yalana nifrət edirəm, amma işim bir balaca çətinə düşən kimi o, mənim ən yaxın dostuma çevrilib, vəziyyətdən çıxardıb. Mən bunlara nifrət edə-edə özüm də bu işlərlə məşğul olmuşam amma başqa birinə bunları heç vaxt bağışlamamışam. Belə keçib hamının ömür boyu hörmət etdiyi vicdanlı birinin həyatı. Amma Allahım, sən necə də böyüksən! Hər an, hər saniyə sənə (əslində elə özüm- özümə) etdiyim xəyanətimdən, danışdığım yalanlarımdan xəbərdar ola- ola yenə də məni bağışlamısan. Çünki məni Sən sevə-sevə yaratdın. Çünki sən bütün xəyanətlərdən, yalanlardan, günahlardan daha üstündəsən. Sən məni onlardan daha çox sevirsən.
Indi yenə boynu bükük sənin dərgahındayam. Günəşin qürubunu seyr edən ötməkdə olan bir gün kimi ümidsizəm. Və artıq növbəti nəfəsimin gəlib-gəlməyəcəyinə böyük şübhələrim var. O da yalnız sənə bəllidir. Bəlkə də sonuncu dəfədir ki, səndən bağışlanmaq üçün yalvarıram. Sonuncu dəfədir ki, illərimin sanki bir neçə saniyə içində keçib getdiyini görəndən sonra fani olduğuna əmin olduğum bu dünyaya baxıram. Mənim sınaq dövrüm imiş demə. Mən amma necə keçirtdim bu sınaq dövrümü?! Onu yalnız sən bilirsən, sən görürsən. Dərdlər başımdan aşır, tək- tənhayam, taqətsizəm, gücsüzəm. Yenə səndən başqa gedəcək heç kimim yoxdur. Deyirlər əsl dost çətin anın, dar günün dostudur. Qətiyyən razı deyiləm. Əsl dost elə hər anın dostudur. Sən hər anımda, hər halımla mənə dost oldun. Amma mən necə də nankor olmuşam! Mən sənə əsl dost ola bilmədim. Yaxşı günlərimdə, həyatım xoş keçəndə səndən uzaqlaşdım. Amma çətin anlarımda sənin yanına qaçdım, səndən bərk yapışdım, bu dünyamı sahmana salmağın üçün yalvardım. Hansı ki, Sən mənə dönə-dönə xəbərdarlıq etmişdin axı ki, o dünyamı bu dünyama satmayım. Amma indi dərk edirəm ki, bunu da mənə görə etmisən. Məni özünə yaxınlaşdırmaq, Sənin yeganə güc- qüvvə sahibi olmağını özümə yenidən və yenidən sübut etməyim üçün bütün çətinliklərim bir vasitə idi. Zamanı tuta bilmədim, zamanında ayıla bilmədim, zamanın övladı oldum. Indi isə artıq zamansız olan bir yerə yola düşürəm. Əllərim bomboşdur indi. Hansı yaxşı əməlimə görə günahlarım silinəcək, ey Rəbbim.... Ümumiyyətlə onlar silinən günahlardırmı.... Kitabımı hansı əlimə verəcəklər.... Mənim həqiqi dünyamda vəziyyətim necə olacaq...? Nə qədər ki, taqətim var, nə qədər ki, əbədiyyətə köçməmişəm, nə qədər ki, son bir şansı daha vermisən Sənə yenə də yalvarıram, Bağışla məni, ey mərhəmətlilərin ən mərhəmətlisi Allahım!

Kaydol:
Kayıtlar (Atom)